ŞOK: ABŞ-da 780-dan çox uşaq valideyni tərəfindən öldürülüb
AzVision.az xəbər verir ki, bu barədə məlumat “Associated Press” agentliyinin 8 ay ərzində apardığı jurnalist araşdırmasında qeyd edilib.
Agentliyin məlumatına görə, öldürülən uşaqların böyük əksəriyyəti heç dörd yaşına da çatmayıb.
Jurnalistlər hesabatda öldürülən uşaqların ailələri hüququ mühafizə orqanları tərəfindən güclü nəzarət altında saxlanılması, lakin onların bu qətllərə mane ola bilməməsi faktlarını xüsusi vurğulayıblar.
Agentlik vurğulayır ki, ştatlar uşaqların öldürülməsi halı ilə bağlı məlumatları federal hakimiyyətə könüllü əsasda təqdim edir və bu məlumatlar natamam və qeyri-dəqiqdir.
“Uşaq ölümü ilə bağlı informasiyalar sisteminin yığılması sistemi o qədər pisdir ki, heç kəs zorakılıq nəticəsində hər il ABŞ-da nə qədər uşağın öldürülüdüyünü deyə bilməz”, - deyə agentliyin əməkdaşları vurğulayıb.
Eldar Tanrıverdiyev