“Freedom House” Ərdoğanı “vurdu”

“Freedom House” Ərdoğanı “vurdu”
  17 Dekabr 2014    Oxunub:2020
“Freedom House” təşkilatının Avrasiya üzrə mütəxəssisi Neyt Şenkan Avropa Birliyinə Türkiyənin bu quruma üzvlüyünün dondurulmasını təklif edib.
AzVision.az xəbər verir ki, təşkilatın rəsmi saytında “Türkiyənin Avropadakı sonu” adlı yazı dərc olunub.

Yazıda ötən il dekabrın 17-də rüşvət və qaçaqmalıçılıq əməliyyatlarından söz açılıb. Müəllif həmçinin Türkiyədə nurçuların həbsinə münasibət bildirərək bunu 17 dekabr həbslərinin intiqamı kimi qiymətləndirib.

Ölkə prezidenti Ərdoğanın “Öz fikrinizi özünüzə saxlayın” – deyə verdiyi cavabı xatırladan N.Şenkan bildirib ki, Türkiyənin AB-yə üzvlüyünü dəstəkləyən Avropa Parlamenti nümayəndəsi olan ölkə də belə təkliflə çıxış edi:

“Bu qəti addımı atmağın vaxtıdır. Mən də Türkiyənin AB-yə üzv olmağını istəyirəm, amma bu hökumətlə Türkiyədə Avropa meyli artmayacaq. Üzvlük müddətini dondurmağın və Avropadan kənar Türkiyəyə hazır olmağın vaxtıdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti