ŞOK: Rusiyada xarici maşın satışı dayandırıldı
Hazırda Rusiyada disribyutorlar dilerlərə maşın çatdırılmasını dayandırır, bu isə dilerlərin ölkə vətəndaşlarına satılmasını dayandırıb. “Avtostat” analitik agentliyinin məlumatına görə, dekabrın əvvəlindən bəri ölkədə 23 avtomobil istehsalçısı qiymətləri qaldırıb.
Qəzetin məlumatına görə, “BMW” şirkəti dilerləri aldığı avtomobillərin dəyərinin iki gün ərzində ödənilməsi barədə xəbərdarlıq edib. “Jaguar Land Rover” Rusiyadakı nümayəndəliyi artıq Rusiyaya avtomobil idxalını dayandırıb. “Land Rover” şirkəti isə noyabr ayından etibarən Rusiyada satışa çıxarılan avtomobilin dəyərini 15 faiz qaldırıb.
Rusiyada artıq üç böyük avtomobil dilerləri “Major”, “Avilon” və “Transtexservis” ölkədə avtomobil satışlarını tamamilə dayandırıb. Dilerlər avtomobil satışlarının dayandırılmasını hazırda rublun dəyərinin aşağı düşməsi əlaqələndiriblər.
Eldar Tanrıverdiyev
Teqlər: