ABŞ günahını Rusiyanın boynuna atdı

ABŞ günahını Rusiyanın boynuna atdı
  17 Dekabr 2014    Oxunub:1728
Rusiya rublunun məzənnəsinin aşağı düşməsi ilk növbədə sanksiyalarla deyil, Rusiyada iqtisadiyyatın pis idarə edilməsi və neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin rəsmi Cen Psaki bildirib.

“Rusiyadakı iqtisadi vəziyyət və ölkə hakimiyyətinin üzləşdiyi bir çox problemlər yalnız sanksiyalarla bağlı deyil. Bu çox çətin situasiyadır və özündə neft qiymətinin aşağı düşməsi və Rusiyada iqtisadi idarəetmənin zəif olması ilə bağlıdır”, – deyə Psaki vurğulayıb

Psaki həmçinin qeyd edib ki, sanksiyaların əsas hədəfi Rusiya iqtisadiyyatının çökdürülməsi deyil. Sanksiyalar Rusiyanı öz siyasətini dəyişməyə və seçim etməyə məcbur etməlidir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti