Aksiya iştirakçıları buradan da prezident Serj Sarkiyanın iqamətgahına hücuma cəhd ediblər. Bu səbəbdən iqamətgah ətrafında təhlükəsizlik tədbirləri gücəndirilib.
Qeyd edək ki, dekabrın 11-i Erməni Milli Konqresinin parlament fraksiyanın katibi Aram Manukyan Yerevanda hücuma məruz qalıb. Müxalifətçi deputat vəhşicəsinə döyülərək xəstəxanalıq olub.
“Atamda kəllə beyin travması, müxtəlif növ xəsarətlər alıb. Hazırda müayinələr davam etdirilir”, - deyə deputatın oğlu Aren Mankunyan bildirib.
Qeyd edək ki, hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları həmin ərazidə yoxlamalar aparırlar.
Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.
Eldar Tanrıverdiyev