Azərbaycan Rusiyanı ətlə təmin edir

Azərbaycan Rusiyanı ətlə təmin edir
  16 Dekabr 2014    Oxunub:2229
Azərbaycan, Belarus və Qazaxıstandan Moskvaya ət və süd məhsullarının ixracı son dörd ayda iki dəfə artıb. Ümumilikdə isə piştaxtalarda məhsul növlərinin sayında azalma olmayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Moskva ticarət və xidmət departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.

“Ümumilikdə biz Rusiyanın Avropa İttifaqından (Aİ) məhsul idxalına qoyduğu sanksiyaların öhdəsindən gəlirik. Şəbəkə şirkətlərində məhsul növləri faktiki olaraq azalmayıb.

Əgər hər hansı məhsul bir mövqe azalıbsa, digər məhsulun mövqeyi üç pillə artıb. Ümumilikdə vəziyyət helə də pis deyil”, - deyə Nemeryuk bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti