Türkiyəli axund İŞİD-ə qoşuldu

Türkiyəli axund İŞİD-ə qoşuldu
  12 Dekabr 2014    Oxunub:1918
Türkiyədə məsciddə fəaliyyət göstərən axundlardan birinin İŞİD terrorçu qruplaşmasına qoşulduğu məlum olub.
Bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınc açıqlama verib.

Onun sözlərinə görə, axund fəaliyyət göstərdiyi məsciddə insanları üstüörtülü şəkildə İŞİD-ə qoşulmağa dəvət edirmiş. əməliyyat nəticəsində o, aşkarlanaraq işindən uzaqlaşdırılıb.

"Təəssüflər olsun ki, Çanaqqalada Bayramiç vilayətindəki məscidlədən birinin axundu İŞİD-çilərə qoşulduğu aşkarlanıb. O, öz vəzifəsindən azad edilib. Başqa vilayətlərimizdə İŞİD-ə qoşulan axundlarımızın nə qədər olduğu barədə heç bir məlumatım yoxdur. Lakin axundlarımızın ölkəni tərk edərək terrorçulara qoşulması xəbərləri bizi dərindən narahat edir", deyə Bülənt Arınc bildirib.(Anspress)


Teqlər:  





Xəbər lenti