Ermənilərin ABŞ-a getməsi asanlaşır

Ermənilərin ABŞ-a getməsi asanlaşır
  11 Dekabr 2014    Oxunub:1524
ABŞ vətəndaşları Ermənistana giriş vizalarını almaq zərurətindən azad ediləcəklər, Ermənistan vətəndaşları üçün isə viza prosesi asanlaşdırılacaq.
AzVision.az xəbər verir ki, trend-in ARKA-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hökumətin iclasında müvafiq qərar layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2015-ci il yanvarın 1-dən ABŞ vətəndaşları Ermənistana giriş vizalarını almaq zərurətindən azad olunacaqlar, həmin tarixdən Ermənistan vətəndaşları üçün Amerika vizalarının təqdim edilməsi prosesi asanlaşdırılacaq.

Nazir qeyd edib ki, bu, prosesin hələ başlanğıcıdır, çünki 2015-ci il yanvarın 1-dən Ermənistan vətəndaşlarının bir çox kateqoriyalarına Amerika vizası 10 il müddətinə veriləcək, həmçinin multiviza təqdim olunacaq.


Teqlər:





Xəbər lenti