Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər
  11 Dekabr 2014    Oxunub:1771
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülər üçün unikal xidmət təqdim edib.
AzVision.az-ın NİİM-ə istinadla verdiy məlumata görə, Android və İOS əməliyyat sistemləri üçün "Baku İTS" proqram təminatı mövcuddur.

Bu proqram təminatını mobil telefonunuza yükləməklə Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat axınının real vəziyyəti, avtobus marşrutları haqqında məlumatları əldə etmək mümkündür. Məlumatlar hər dəqiqə yenilənir.

AzVision.az


Teqlər:





Xəbər lenti