Ermənistan Mərkəzi Bankı hərraclara başlayıb

Ermənistan Mərkəzi Bankı hərraclara başlayıb
  08 Dekabr 2014    Oxunub:1329
Ermənistan Mərkəzi Bankı ölkədə valyuta məzənnəsi ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün yeni siyasət yürütməyə başlayıb.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistan Mərkəzi Bankı dekabrın 8-dən etibarən ilin sonuna qədər limitli hərraclar keçirəcək.

Maliyyə bazarında şəffaflığın təmin olunması məqsədilə Mərkəzi Bank gündəlik olaraq hərracların nəticələri barədə hesabatlar nəşr edəcək. Hərracların həcmi mərhələli şəkildə ölkədə vəziyyət sabitləşənə qədər davam edəcək.

Qeyd edək ki, noyabrın 24-ü Ermənistanda dolların məzənnəsi 16 dram azalaraq 433 drama düşüb. Dekabrın 8-də Mərkəzi bankın məzənnəsi ilə 447,86 drama çatıb. Bəzi banklarda kurs 445 drama, bəzilərində isə 460 dramı keçib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti