Erməni nazirə 12 il həbs cəzası

Erməni nazirə 12 il həbs cəzası
  08 Dekabr 2014    Oxunub:1927
Ermənistanda keçilən məhkəmədə Dövlət Əmək və Sosial Təminat İdarəsinin sabiq rəhbəri Vazqen Haçikyana qarşı hökm oxunub.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, rəhbərlik etdiyi qurumda qanun pozuntularına görə, Haçikyan 12 illiyinə azadlıqdan məhrum edilib.
Xacikyan ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət İdarəsində qanun pozuntuları Ermənistanın Nəzarət palatası tərəfindən aparılan yoxlamalar zamanı aşkarlanıb. Belə ki, aparılan yoxlamalar zamanı qanunsuz olaraq insanlara müavinət verilməsi hallarının üstü açılıb. Ümumilikdə qurum tərəfindən mənimsənilən vəsaitin həcmi 113 milyon dram olub.

Ermənistanın hakim “Respublika” partiyasının üzvü olan Haçikyan vəzifədən kənarlaşdırılıb və həbs olunub. Haçikyan israfçılıq, dələduzluq və saxtakarlıqda ittiham olunub.

Bu işlə bağlı məhkəmə qarşısına daha 12 nəfər çıxıb. Məhkəmənin onlar barədə hansı qərar verməsi barədə məlumat verilmir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti