86 yaşlı kraliça vəfat etdi

86 yaşlı kraliça vəfat etdi
  06 Dekabr 2014    Oxunub:1491
Belçikanın keçmiş kraliçası Fabiola dekabrın 5-də Brüsseldəki Stuyvenberq qəsrində 86 yaşında dünyasını dəyişib.
Bu barədə kral sarayının mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, 1928-ci ildə Madriddə tanınmış əsilzadə ailəsində anadan olan Dona Fabiola de Mora y Araqon 1960-cı ildə Belçika kralı Baudouinlə ailə həyatı quraraq ölkənin beşinci kraliçası olub.

Keçmiş kraliçanın kral ailəsinə məxsus sərdabədə dəfn olunacağı bildirilib.


Teqlər:





Xəbər lenti