710 milyonluq stadionumuz dünyada 2-ci oldu - VİDEO

710 milyonluq stadionumuz dünyada 2-ci oldu - VİDEO
  27 Noyabr 2014    Oxunub:10698
İngiltərənin məşhur “The Telegraph” qəzetində idman yazarı Adam Hurrey “Dünyanın ən həyəcan verici 10 stadionu” adlı araşdırma aparıb.
AzVision.az-ın məlumatına görə, siyahıda Bakı Olimpiya Stadionun da adı var. İnşaasının 2015-ci il in fevralın 1-də başa çatdırılması nəzərdə tutulan 68 min nəfərlik Bakı Olimpiya Stadionu siyahıda ikinci yerdədir. Arenanın tikintisinə 710 milyon avro sərmayə qoyulub.

Həmin siyahını təqdim edirik:

1.Estadio La Peineta (Atletiko Madrid - İspaniya, 2017)
2. Bakı Olimpiya Stadionu (Azərbaycan, 2015)
3. Zenit Arena (Sankt-Peterburq - Rusiya, 2016)
4. Stade des Lumieres (Lyon - Fransa, 2015)
5. Allianz Parque (San Paulo, 2014)
6. Timsah Arena (Bursa, 2015)
7. Nouveau Stade de Bordeaux (Fransa, 2015)
8. CSKA Moskva Stadionu (Rusiya, 2015)
9. New Ferenc Puskas Stadium (Budapeşt, 2018)
10. Al Wakrah Stadium (Qatar, 2022)

Qeyd edək ki, “The Telegraph” qəzetindəki həmin yazıda Azərbaycanlı futbolçu və hakim Tofiq Bəhramov rusiyalı hakim kimi adlandırılıb.

Bakı Olimpiya Stadionun görüntülərini təqdim edirik:



Sevinc İltifatqızı
AzViison.az



Teqlər:  





Xəbər lenti