“Çempionlar Liqası”nda inanılmaz gecə: 28 qol

“Çempionlar Liqası”nda inanılmaz gecə: 28 qol
  26 Noyabr 2014    Oxunub:1871
Ötən gün Çempionlar Liqasında V turun oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

E qrupunun lideri "Bavariya" klubu səfərdə “Mançester Siti” ilə qarşılaşıb. Mançester təmsilçisi bu oyunda 3:2 hesabı ilə qalib gəlib. Moskva CSKA-sı isə evdə "Roma"nı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

F qrupunda PSJ doğma meydanda "Ayaks"I məğlub edib – 3:1. “Barselona” isə Kiprdə APOEL-i darmadağın edib – 4:0.

G qrupunda liderlər mövqeyində qərarlaşan Şalke" və "Çelsi" bu dəfə Almaniyada üz-üzə gəlib. "Çelsi" bu dəfə də rəqibinə aman verməyib – 5:0. Portuqaliyada "Sportinq" "Maribor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbədi ilə başa çatıb.

H qrupunda BATE lider "Portu"nu qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Şaxtyor" (Donetks) klubu isə evdə "Atletik" (Bilbao) komandası ilə qarşılaşıb. Oyun 1:0 2Atletikin qələbəsi ilə başa çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti