`Qarabağ` fransızlara gücünü göstərdi

`Qarabağ` fransızlara gücünü göstərdi
  23 Noyabr 2014    Oxunub:2023
Bu gün Azərbaycan Premyer Liqasının XIII turun oyunlarına start verilib.

AzVision.az -ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Premyer Liqanın lideri "Qarabağ" klubu öz meydanında AZAL-ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla liderliyini qoruyub – 2:1. Bununla da "Qarabağ" noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə keçiriləcək oyun öncəsi fransızlara gücünü göstərib.

Günün son qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "Simurq"la münasibətlərinə aydınlıq gətirib. Zaqatalılar bu oyunda qəbəliləri şoka salıb. Oyun 2:3 "Simurq"un xeyrinə bitib.

Qeyd edək ki, Premyer Liqanın qalan iki görüşü sabah keçiriləcək.


Teqlər:  





Xəbər lenti