Müdafiə Nazirliyi erməniləri ifşa etdi - ANİMASİYA

Müdafiə Nazirliyi erməniləri ifşa etdi - ANİMASİYA
  18 Noyabr 2014    Oxunub:4251
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı ermənilərə məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı animasiya yayımlayıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.

Ərazidə aparılan son müşahidələrə əsasən əməliyyat-kəşfiyyat məlumatları və hərbi aviasiya mütəxəssislərinin rəylərinə istinadən hadisələrin hazırlanmış animasiya modelindən aydın görünür ki, uçuş heyəti helikopterin döyüş təyinatına uyğun olaraq cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib.

Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirdikdən, yəni mövqelərimizə atəş açdıqdan sonra, düşmən helikopterləri döyüş təlimatlarının tələblərinə tam əməl etməklə bir-birini manevrlərlə qoruyaraq atəş zonasını tərk edirdilər.

Erməni tərəfinin hadisə ilə bağlı məlumatları manipulyasiya etməsini, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulmasını, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndirilməsini nəzərə alaraq bildiririk ki, movqelərimizə atəş açan düşmən hərbi helikopteri cavab atəşilə məhv edilib.




Teqlər:  





Xəbər lenti