Qubad İbadoğlu: `Piketə qoşulmayacam`

Qubad İbadoğlu: `Piketə qoşulmayacam`
  13 Noyabr 2014    Oxunub:1478
“Kamil Xəlilbəylinin Müsavat qərargahı qarşısında keçirəcəyi aksiyaya dəstək verməyəcəyəm”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd, Arif Hacılının rəqibi Qubad İbadoğlu deyib. O vurğulayıb ki, bu piket barədə məluamtsızdır və onu dəstəkləməyəcək.

Qeyd edək ki, ötən gün Müsavat Partiyasının iclasında partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul olunan Kamil Xəlilbəyli piket keçirəcəyini bəyan edib.

O bildirib ki, noyabrın 15-də partiya qərargahı önündə keçiriləcək piketdə Müsavatdan çıxanların iştirakı gözlənilir.

K.Xəlilbəyli Arif Hacılıya qarşı tənqidi çıxışlarına görə partiyadan çıxarıldığını hesab edir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti