`ASAN`çılar qaliblərin arasında

`ASAN`çılar qaliblərin arasında
  11 Noyabr 2014    Oxunub:1523
Qəbələ şəhərində keçirilən Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş Peyntbol idman növü üzrə Respublika Çempionatı başa çatıb. Azərbaycan Peyntbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionat Federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və “ASAN Xidmət”in, Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə baş tutub.

Gərgin idman mübarizəsi şəraitində keçən Respublika Çempionatında 1-ci yerin qalibi Fövqəladə Hallar Nazirliyinin peyntbolçuları, 2-ci yerin qalibi “ASAN Xidmət”in peyntbolçuları, 3-cü yerin qalibi Xüsusi Dövlət Mühafizə Xidmətinin peyntbolçuları olub.

1-ci yerin qalibinə Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli diplomu və Çempionatın Kuboku təqdim edilib. 2-ci yerin qalibinə çempionatın 2-ci dərəcəli diplomu, 3-cü yerin qalibinə çempionatın 3-cü dərəcəli diplomu təqdim olunub. Eyni zamanda 1-2-3-cü yerləri tutan peyntbolçulara qiymətli hədiyyələr təqdim edilib. Digər komandaların nümayəndələri isə Gənclər və İdman Nazirliyinin və Peyntbol Federasiyasının iştirakçı diplomları ilə təltif olunublar.

Avropa Peyntbol Federasiyasının vitse-prezidenti Viktor Toqayev və baş katib Viktoriya Sorantçeva təltifetmədə iştirak edərək, qalib komandaları Azərbaycan Peyntbol Federasiyası tərəfindən Avropa və Dünya Peytbol çempionatında iştiraka dəvət ediblər.



Teqlər:  





Xəbər lenti