Bakıda veloyürüş

Bakıda veloyürüş
  09 Noyabr 2014    Oxunub:1594
Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız qürur mənbəyimizdir!” devizi ilə veloyürüş keçirilir.

Yürüş noyabrın 9-da Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar Bayraq Meydanı-Azneft prospekti-Dəniz limanı-Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 kilometrlik yürüş başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq. Yürüşdə peşəkar və həvəskarlardan ibarət 200 velosipedçi iştirak edir.


Teqlər:





Xəbər lenti