İŞİD-in məşhur əmiri öldürüldü

İŞİD-in məşhur əmiri öldürüldü
  28 Oktyabr 2014    Oxunub:1726
İŞİD terror təşkilatının bomba mütəxəssisi kimi tanınan əmirlərindən biri Əbu Yəhya Bağdadinin İraq Xüsusi Təyinatlı dəstələri tərəfindən öldürüldüyü açıqlanıb.
AzVision.az xəbər verir ki, əmir Bakuba şəhərində keçirilən əməliyyat zamanı İŞİD üzvləri ilə xüsusi təyinatlılar arasında qarşıdurma zamanı qətlə yetirilib.

“Bombaların atası”, “Bomba mühəndisi” ləqəbləri ilə tanınan Əbu Yəhya Bağdadinin ölümünü rəsmi mənbələr təsdiqləyib.

Bağdadinin İŞİD üzvlərinə bomba hazırlanması üçün dərslər keçdiyi, kamikadzelər hazırladığı bildirilir. İraqdakı bir çox hücumun onun tərəfindən planlaşdırıldığı qeyd edilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti