İspaniya İŞİD-ə qarşı ordu göndərir
Qərarın lehinə 329 deputatdan 314-ü səs verib. İspan hərbçiləri iraqlı həmkarlarını xüsusi əməliyyatları təşkil etmək barədə dərslər keçəcək.
İspaniya müdafiə naziri Pedro Morenesin sözlərinə görə, ölkə hərbçiləri ili sonuna kimi İraqa gedəcək və 6 ay ərzində orada qalacaq. Nazirin sözlərinə görə, əməliyyata ümumilikdə 35 milyon avro xərclənəcək və bu İspaniya hökumətinin İŞİD-ə qarşı mübarizə apardığı koalisiyaya verdiyi tövhədir.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
Teqlər: