İranda xarici casuslar tutulub

İranda xarici casuslar tutulub
  22 Oktyabr 2014    Oxunub:2047
İranın ilk Atom Elektrik Stansiyası (AES) yerləşdiyi Buşehr vilayətində xarici casuslar aşkarlanıb.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Kəşfiyyat işləri üzrə naziri Mahmud ələvi bildirib.

“Kəşfiyyat İşləri üzrə Nazirliyin sayıqlığı nəticəsində Buşəhr vilayətində xaricilər üçün kəşfiyyat məlumatları yığmağa hazırlaşan casuslar aşkarlanıb”, - deyə, Nazir “Fars” agentliyinə müsahibəsində vurğulayıb.

Ələvinin fikrincə, “Buşer vilayəti ölkə üçün iqtisadi, sənaye, hərbi, ticarət və nüvə mərkəzi anlamında böyük əhəmiyyətə malikdir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti