“Nida”çıya hökm oxundu - 2 il həbs

“Nida”çıya hökm oxundu - 2 il həbs
  15 Oktyabr 2014    Oxunub:1399
Binəqədi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Orxan Eyyubzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, O. Eyyubzadə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O. Eyyubzadə mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə oxunan hökmə etiraz etdiyi üçün saxlanılaraq 20 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Lakin sonradan ona Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə əlavə ittiham elan olunub.(APA)


Teqlər:





Xəbər lenti