Azərbaycan millisi Xorvatiya səfərində

Azərbaycan millisi Xorvatiya səfərində
  13 Oktyabr 2014    Oxunub:1477
“Avro-2016”nın seçmə mərhələ oyunları davam edir. AzVision.az xəbər verir ki, Azərbaycan millisi bu gün seçmə mərhələdə üçüncü oyununa çıxacaq. Millimiz İtaliya ilə oyunun ardından səfərdə Xorvatiya millisi ilə qarşılaşacaq. Bundan öncə keçirdiyi hər iki oyunda məğlub olan yığmamız, bu oyundan xal qazanmağa çalışacaq. Rəqibin güclü heyəti olduğunu nəzərə alsaq, heç-heçə komandamız üçün normal nəticə sayıla bilər. Qrupun favoritlərindən olan Xorvatiya isə bu oyuna yalnız qələbə üçün çıxacaq.

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək.
Oyun Osiyek şəhərinin "Qradski" stadionunda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti