MTN Xədicə İsmayılla bağlı məhkəməyə sənəd göndərdi

MTN Xədicə İsmayılla bağlı məhkəməyə sənəd göndərdi
  11 Oktyabr 2014    Oxunub:2679
Bu gün Binəqədi rayon məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə iclas davam edib.
Xatırladaq ki, iddia keçmiş KXCP fəalı Elman Həsənov tərəfindən qaldırılıb. O, jurnalisti böhtanda, şərəf və ləyaqətinin təhqir edilməsində ittiham edir.

İddiaçının versiyasına görə, jurnalist Milli Təhlükəsizlik Nazirliyinin Həsənovun gizli casus olması barədə məxfi sənədini yayıb.

İsmayılova Turan-a bildirib ki, bugünki iclasda hakim MTN-dən İsmayılovanın Həsənov haqqında iki mətn yayması, sonradan dərhal silməsi haqqında sənəd daxil olduğunu elan edib.

İsmayılova qeyd edib ki, ondan əvvəl Həsənovun adı qeyd edilməklə, Mustafa Kozlu adlı istifadəçi bu mətni yayıb. O isə Həsənovun adını silib.

Hakim növbəti prosesi oktyabrın 13-nə təyin edib. Lakin İsmayılova xarici səfəri ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirib. Bundan başqa, onun vəkili Elton Quliyev başqa prosesdə məşğul olacaq.


Teqlər:  





Xəbər lenti