Poroşenko: “Donetsk və Luqansk müstəqil olmayacaq”

Poroşenko: “Donetsk və Luqansk müstəqil olmayacaq”
  25 Sentyabr 2014    Oxunub:1603
Ukrayna prezidenti Pyotr Poroşenko ölkə əhalisi “Donbas” regionunun statusu haqqından qanun layihəsini əhəmiyyətliliyini həddən artıq şişirdib.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Ukrayna lideri vurğulayıb ki, belə bir sənəd yoxdur. Ölkənin şərq regionlarına verilən yeganə status yerli özünüidarə orqanlarına seçkilərin keçirilməsidir. Onların hakimlər, prokurorlar və digər məmurları təyin etmək barədə səlahiyyətləri olmayacaq: “Donbas” regionun xüsusi statusu haqqında qanun xəyal məhsuludur. Mən heç vaxt belə şey deməmişəm. Bu sadəcə hakimiyyətin desentralizasiyası ilə bağlı islahatlar paketinin bir hissəsidir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti