Yanukoviçin partiyasından baykot ÇAĞIRIŞI

Yanukoviçin partiyasından baykot ÇAĞIRIŞI
  15 Sentyabr 2014    Oxunub:1583
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin partiyası parlament seçkilərini baykot edəcəyini açıqlayıb.
Regionlar partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmayacağını bəyan edib.

Partiyanın icra katibi Boris Kolesnikov bildirib ki, partiyanın Siyasi Şurası ölkədə müharibə getdiyi bir zamanda seçkilərdə iştirak etməmək qərarı verib.

Qeyd edək ki, Regionlar Partiyası 2 il əvvəl keçirilən parlament seçkilərində Ali Rada da 185 yer qazanmışdı.(ans)


Teqlər:  





Xəbər lenti