Baş nazir Şəhidlər Xiyabanında - Foto

Baş nazir Şəhidlər Xiyabanında - Foto
  11 Sentyabr 2014    Oxunub:1726
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Qaribaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Gürcüstanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazir İrakli Qaribaşviliyə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti