Mail.ru-da azərbaycanlılara qarşı təxribat

Məsələ ilə bağlı AzVision.az-a danışan Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz qeyd edib ki, Mail.ru saytının şəxsi məlumatları oğurlanan istifadəçiləri arasında Azərbaycanlılar da var.
Parolları oğurlanan istifadəçilərin şəxsi məlumatları, yazışmaları ələ keçirilərək internetdə yayımlanır. Ekspert bu addımın təxribat olduğunu hesab edir.
“Düşünürəm ki, bu xoşagələn hal deyil və mail.ru istifadəçiləri dərhal bununla bağlı müəyyən tədbirlər həyata keçirməlidirlər. Özlərinin fərdi məlumatlarının qorunmasına diqqət etməli, şifrələrəni dəyişməli və daha güvənli şifrələrdən istifadə etməlidir”.
Ekspertin sözlərinə görə, azərbaycanlı istifadəçilər başqa poçt xidmətlərindən də istifadə etsə daha məqsədəuyğun olar: “Təkcə bir poçt xidmətindən istifadə etməklə bərabər, digər mail xidmətlərindən də istifadə etmək lazımdır. Mail.ru ilə paralel şəkildə Google, Yahoo-nun xidmətlərindən istifadə etmək daha güvənli addım hesab olunur”.
Qeyd edək ki, mail.ru və yandex.ru Azərbaycanda da kifayət qədər populyardır.
AzVision.az
Teqlər: