Milli Məclis oktyabrın 1-də toplanacaq

Milli Məclis oktyabrın 1-də toplanacaq
  09 Sentyabr 2014    Oxunub:1767
Milli Məclisin payız sessiyası sentyabrın 15-də öz işinə başlayacaq.
Bu barədə AzVision.az-a millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.

Z.Oruc qeyd edib ki, sessiyanın ilk iclası isə oktyabrın 1-də olacaq. Lakin iclasın gündəliyi hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, payız sessiyasında parlamentin fəaliyyətini işıqlandırmaq istəyən KİV-lər sentybarın 15-dək akkreditasiyadan keçməlidirlər.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti