Avropa İttifaqı Azərbaycan müxalifətinə 3 milyon pul verdi

“Avropa İttifaqı sizin mövcud məhdudiyyət və qadağalara baxmayaraq göstərdiyiniz cəhdlərə valeh olub. Biz vətəndaş cəmiyyəti ilə, hüquq müdafiəçiləri ilə bağlı baş verənləri diqqətlə izləyirik. Biz QHT-lərlə bağlı qanun dəyişdirilərkən, habelə vətəndaş cəmiyyətinin bu qədər çox sayda fəalı həbs edilərkən bundan narahatlığımızı dəfələrlə bildirmişik” - deyə “Turan” Ş.Fülenin yerli QHT rəhbərlərinə xitabən dediklərindən iqtibas gətirir.
Avropalı komissar sabit demokratik cəmiyyətin əsasında dayanan ictimai debatların təşkilinin vacibliyini vurğulayıb: “Buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrini dəstəkləmişik və dəstəkləyəcəyik.
Ş.Füle əlavə edib ki, Aİ Azərbaycan müxalifətinə və vətəndaş cəmiyyəti fəallarına dəstək verməkdə davam etmək üçün 3 milyon avro vəsait ayırmağa qərar verib.
Görüş qapalı keçirilib. QHT nümayəndələri avropalı komissara öz problemləri, “indiki ağır vəziyyət” barədə məlumat veriblər.