Ən çox istifadə edilən elektron xidmətlər -SİYAHI

Ən çox istifadə edilən elektron xidmətlər -SİYAHI
  08 Sentyabr 2014    Oxunub:1340
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)Məlumat Hesablama Mərkəzi avqust ayında "Elektron hökumət" portalında ən çox istifadə olunan elektron xidmətlərin siyahısını açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti avqust ayında istifadəçilərin ən çox müraciət etdiyi xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 4 milyon 897 mindən çox müraciət olub.

Siyahıda TQDK-nın "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi" (272292 müraciət), "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu" (216298), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Telefon nömrəsi üzrə axtarış" (65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (39384) yer alıb.


Teqlər:





Xəbər lenti