Novruz Məmmədovdan Sarkisyana mesaj

Novruz Məmmədovdan Sarkisyana mesaj
  08 Sentyabr 2014    Oxunub:1565
“Ermənistan prezidenti öz məsuliyyətini başa düşməlidir”
Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Uelsdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən ABŞ-ın dövlət katibi Con Kerrinin diqqətini cəlb edib.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov görüşün detallarını şərh edərkən bu barədə məlumat verib. O, Fransa prezidentinin təklifi ilə bağlı məsələyə də münasibət açıqlayıb. NATO-nun bir neçə gün əvvəl keçirilən sammiti ilin ən mühüm hadisələrindən biri hesab edilir. Qurumun 5 fəal tərəfdaşından biri olan Azərbaycan bu zirvə görüşündə fəal iştirakı ilə yadda qalıb. Prezident İlham Əliyevin sammitin Əfqanıstan üzrə görüşündə çıxışı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini bir daha ortaya qoyub. Münaqişənin həlli yoları dövlət başçısının sammit çərçivəsində keçirilən görüşündə də diqqət mərkəzində olub.

Prezident İlham Əliyevin fransalı həmkarı Fransua Ollandla görüşünün detallarını açıqlayan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, Fransanın dövlət başçısı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edib. Sammit çərçivəsində prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerrinin təkidi ilə Ermənistan prezidenti Serj Sarkisyanla üçtərəfli görüşü isə 1 saat davam edib. Novruz Məmmədov deyir ki, Azərbaycan prezidentinin mövqeyi ABŞ dövlət katibinin diqqətini cəlb edib.

“Əgər Ermənistan tərəfi öz qeyri-konstruktiv mövqeyində qalacaqsa, bu, Ermənistanın özünün və xalqının faciəsidir. Ermənistan prezidenti öz məsuliyyətini başa düşməlidir. Ermənistan xalqı öz rəhbərlərinin ucbatından əziyyət çəkir. Hər 3 həmsədr ölkənin rəhbərləri Ermənistan tərəfinə konstruktiv mövqe tutmaq üçün, təzyiq göstərilməlidir”. Novruz Məmmədov bir daha diqqətə çatdırıb ki, hər zaman sülhün tərəfdarı olan Azərbaycan beynəlxalq birlikdən həll yollarını gözləyir.


Teqlər:  





Xəbər lenti