Obama Estoniyada – VİDEO

Obama Estoniyada – VİDEO
  03 Sentyabr 2014    Oxunub:2312
ABŞ prezidenti Barak Obama Tallində 3 Baltikyanı dövlətin başçısı ilə görüşüb. Hazırda Obama Nordea konsert zalında çıxış edib.

O, çıxışında ABŞ-ın Suriyadakı siyasəti, Rusiyadakı münasibət kimi vacib məsələlərə toxunub.

Qeyd edək ki, Estoniyaya səfəri zamanı Obama burada ABŞ-ın 173-ci desant bazasının əsgərlilə də görüşüb.

ABŞ prezidenti Barak Obama ABŞ Hərbi Hava Qüvvələrinin Estoniyada yerləşdiriləciyini bildirib. Məlumata əsasən, Hərbi Hava Qüvvələri Estoniyada “Amari Air Base” hərbi-dəniz bazasında yerləşdiriləcək.

“Bu gün mən deyə bilərəm ki, bu təşəbbüs təlimlərin keçirilməsi üçün əlavə Hərbi Hava Qüvvələrinin yerləşdirilməsini nəzərədə tutur. Biz hesab edirik ki, onların yerləşdirilməsi üçün ən yaxşı yer Estoniyada olan hərbi-dəniz bazasıdır” – deyə, Obama vurğulayıb.


Obama həmçinin NATO-nun Estoniya və alyansa üzv digər ölkələrin təhlükəsizliyinin dair götürdüyü öhdəlikləri yerinə yetirəcəyi bildirib.

“Bizim öhdəliklərimiz var..... Bu öhdəliklər daimidir. Estoniya heç bir zaman tək qalmayacaq. Mən əminəm ki, biz bu öhdəlikləri yerinə yetirəcəyik” – deyə, Obama bildirib. Lakin, ABŞ prezidenti Estoniyanı kimdən qoruyacaqlarını açıqlamayıb.

ABŞ prezidenti eyni zamanda Ukraynada elan olunan atəşkəs barəd də danışıb. O, hələ bunu qiymətləndirməyin çox tez olduğunu bildirib.

“Hələlik atəşkəsin nə anlama gəldiyini demək olduqca tezdir. Biz bu barədə detallarla tanış olmamışıq” – deyə, Obama bildirib.

Estoniya səfərindən sonra Amerika prezidenti NATO sammitinə qatılmaq üçün Uelsə yola düşəcək.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti