Bakı metrosunda daha bir yenilik

Bakı metrosunda daha bir yenilik
  18 Avqust 2014    Oxunub:2215
Bakı Metropolitenində qatarların hərəkəti geriyə sayım prinsipi ilə tənzimlənəcək.
AzVision.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda bu sistem metropolitenin “Dərnəgül” stansiyasında tətbiq olunur. Sistemin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, metronun yeni stansiyalarında, sonrakı mərhələdə isə rekonstruksiya ediləcək mövcud stansiyalarda geriyə sayım prinsipi tətbiq olunacaq. Bu, eyni zamanda, sərnişinlərin qatarların hərəkəti barədə daha dəqiq informasiya almasına imkan yaradacaq.


Teqlər:





Xəbər lenti