Müdafiə nazirləri Naxçıvanda

Günün ikinci yarısında Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın da Naxçıvan şəhərinə gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı Müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.