Rezidenturada boş qalan yerlər - SİYAHI

Rezidenturada boş qalan yerlər - SİYAHI
  18 Avqust 2014    Oxunub:2028
2014/2015-ci tədris ili üçün rezidenturaya keçirilən müsabiqənin və qeydiyyatın nəticələrinə əsasən bir neçə istiqamətlər üzrə plan boş yerlər qalıb.
Tələbə Qəbul üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 19.08.2014-cü il saat 10:00-dan 21.08.2014-cü il saat 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər.

Boş qalan yerlərin siyahısını təqdim edirik:

Azərbaycan Tibb Universiteti - Şüa diaqnostikası, Gigiyena, Epidemiologiya.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu - Ftiziatriya, Gigiyena, Epidemiologiya.

Milli Onkologiya Mərkəzi - Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi -
Ürək-damar cərrahiyyəsi

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu - Ftiziatriya

Respublika Gigiyena-Epidemioloji Mərkəz - Gigiyena, Epidemiologiya

1 nömrəli Respublika Psixiatriya Xəstəxanası - Psixiatriya

İctimai Səhiyyə və İslahatlar Mərkəzi - Sosial gigiyena və səhiyyənin təşkili

Naxçıvan Dövlət Universiteti - Epidemiologiya, Laboratoriya işi.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:





Xəbər lenti