Bakıda mərkəzi yol bağlandı

Bakıda mərkəzi yol bağlandı
  18 Avqust 2014    Oxunub:1628
Paytaxtın əsas mərkəzi yollarından biri təmirə bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyü yenilənir.

Bununla əlaqədar olaraq həmin yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülər alternativ olaraq Üzeyir Hacıbəyov küçəsindən istifadə edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti