“Qalatasaray” 10 milyona “Əmrahbank”ı reklam edəcək

AzVision.az-ın məlumatına görə, axtarışlar ilkin nəticəsini verib. Belə ki, “Qalatasaray” forma reklamı üçün Azərbaycanın tanınmış banlarından olan “Əmrahbank”la danışıqlara başlayıb. Türk telekomdan forma reklamı üçün illik 7,5 milyon dollar alan klub “Əmrahbank”a nə az, nə çox düz 10 milyon avro təklif irəli sürüb.
Hazırda klubla bank arasında danışıqların getdiyi bildirilir. Böyük ehtimalla qiymət məsələsi razılaşdırıldıqdan sonra “Qalatasaray” yeni formasında Əmrahbanın adını daşıyacaq.
AzVision.az