“Soçi görüşü Sarkisyanın xahişi ilə keçirilib”

“Soçi görüşü Sarkisyanın xahişi ilə keçirilib”
  14 Avqust 2014    Oxunub:3554
“Prezidentlərin Soçi görüşü Ermənistan prezidenti Serj Sarksiyanın xahişi ilə baş tutub”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Aqil Abbas bildirib.

O, vurğulayıb ki, görüş baş tutmazdan öncə Sarkisyan, Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb:

“Son hadisələrdə Azərbaycan ordusu qarşı tərəfi susduraraq öz üstünlüklərini göstərdi. Cəbhə bölgəsində vəziyyətin gərgin olduğunu görən Sarkisyan Putinə zəng vurdu ki, vəziyyətimiz çətindir, bir görüş təşkil etmək lazımdır”.

Soçi görüşündən sonra Azərbaycanı hədələyən Ermənistan hökümətinin hədələyici bəyanatlarla çıxış etməsinə gəlincə, deputat vurğulayıb ki, bu hədələr Ermənistanın daxili siyasətidir.

“Prezident İlham Əliyev Soçi görüşündə sərt danışdı, torpaqların azad olunması mesajlarını verdi. İlham Əliyev bölgədəki durumu sərt şəkildə ortaya qoydu və vəziyyəti izah elədi. Erməniləri, eləcə də Rusiyanı başa saldı ki, belə davam edə bilməz. Bu çıxışdan sonra təbii ki, Ermənistan höküməti bizi hədələmədir. Ermənistan xalqına ruh yüksəkliyi vermək üçün edilən hədələr Ermənistan hökümətinin daxili siyasətidir”-deyə millət vəkili vurğulayıb.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti