2014-cü ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdiriib.
AzVision.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 587 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança, 2 ədəd bıçaq, 2,365 qram civə, Rusiyaya aid olan 0,5 litrlik spirtli içkilər üçün 250 min ədəd saxta aksiz markası, 17 ədəd onluq qızıl pul, 4 ədəd beşlik qızıl pul, 1 ədəd qızıl saat, 405 ABŞ valyutası, 310 ədəd pirotexniki vasitə, 2434 qutu siqaret, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.