FHN-dən avtobus qəzası barədə: sürücü ölüb

FHN-dən avtobus qəzası barədə: sürücü ölüb
  14 Avqust 2014    Oxunub:1655
Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, "İsuzu" markalı avtobus idarəetməni itirərək yol kənarındakı dəmir profillərə çırpılıb.

Nəticədə deformasiyaya uğramış avtobusun sürücü 1983-cü il təvəllüdlü Kərimov Haqverdi Muxtar oğlu hadisə yerindəcə keçinib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə H. Kərimovun cəsədini avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.


Teqlər:





Xəbər lenti