6517 nəfər tələbə oldu - Nəticələr açıqlandı

6517 nəfər tələbə oldu - Nəticələr açıqlandı
  14 Avqust 2014    Oxunub:3140
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri bu günsaat 12:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 888 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5629 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cı sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, qeydiyyatdan keçən zaman tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz təhsil müəssisəsindən əldə etməlisiniz.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti