Səfirlikdən Ştresserə Leyla Yunus cavabı

Bəyanat rəsmi məlumatlar əsasında hazırlanıb.
Bəyanatda Leyla Yunusova və Arif Yunusovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasının hüquqi əsaslandırılması yer alıb. Səfirlik hər iki şəxsin özlərini qanunvericilikdən yuxarı hesab edərək, onlara qarşı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğundan fərqli yanaşma tələb etmələri və hüquqi prosesə siyasi bəyanatlarla təsir etməyə çalışdıqları vurğulanıb.
Bəyanatda, həmçinin ibtidai istintaq prosesinin Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə getdiyi diqqətə çatdırılıb. Yayılmış sənəddə istintaq prosesini siyasiləşdirmək cəhdlərinin hüquqi məsuliyyətə cəlb edilmənin qarşısını ala bilməyəcəyi də bildirilib.
AzVision.az
Teqlər: