Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali məktəblərə ixtisas seçimi başa çatdı
  14 Avqust 2014    Oxunub:1711
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, statistik məlumata görə 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqlənib.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin bugün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti