Yaşar Gülər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
13 May 2025
Oxunub:417
Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Yaşar Gülər Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini də ziyarət edib, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüb. Türkiyəli nazir Zəfər parkında da olub.