Azərbaycan və İsrail yüklərin avtomobil nəqliyyatı ilə daşınmasını müzakirə edəcək

Azərbaycan və İsrail yüklərin avtomobil nəqliyyatı ilə daşınmasını müzakirə edəcək
  07 Aprel 2025    Oxunub:406
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, innovasiya, elm və texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.

Eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti