Britaniya səfirliyi: Mina hadisələri bizi kədərləndirdi

      Britaniya səfirliyi:    Mina hadisələri bizi kədərləndirdi
  07 Aprel 2025    Oxunub:402
Ağdam və Cəbrayılda 2-si uşaq da olmaqla növbəti mina hadisələri xəbəri bizi kədərləndirdi.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib. Qeyd edilib ki, Böyük Britaniya 2020-ci ildən bəri Azərbaycanda mina təmizləmə sahəsində müxtəlif təşəbbüsləri dəstəkləyir:

“Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda kişilərin və qadınların minatəmizləmə üzrə işini, o cümlədən mina riskləri üzrə maarifləndirmə və mina qurbanlarına yardımı dəstəkləyib”.

AzVision.az



Teqlər:





Xəbər lenti