Kişineu Qaqauziyanın rəhbərini həbs etməyə hazırlaşır

“Martın əvvəlində Moldova hüquq-mühafizə orqanları onların nöqteyi-nəzərindən Qutsul və Tauberin günahını sübuta yetirən bir sıra video sübutlar təqdim ediblər. Vide-materiala görə, Marina Tauber məsul şəxslərə insanları 2022-ci il etirazlarına gətirmək üçün göstərişlər verib və sona qədər qalmayanların pul almayacağını bildirib”, - nəşr xəbər verir.
Korrupsiyaya Qarşı Milli Mübarizə Mərkəzi Qutsulun saxlanmasını “Şor” partiyasını qanunsuz şəkildə maliyyələşdirməklə bağlı ona qarşı 2023-cü ildə açılmış və ləğv olunmuş edilmiş cinayət işində yeni məqamlarla izah edib. Mərkəzin mətbuat xidmətindən bildirilib ki, Moldova prokurorluğu cinayət işində yeni hallarla bağlı baqan Yevgeniya Qutsulun həbsini tələb edəcək.
Bu arada Qaqauziya muxtariyyətində İcraiyyə Komitəsinin binası qarşısına toplaşanlar Yevgeniya Qutsulun saxlanmasına qarşı çıxıblar.
“Qaqauz xalqı çox güclü və dözümlüdür. Bizi diz çökdürmək alınmayacaq. Dünən axşam Moldova hakimiyyəti və şəxsən Moldova prezidenti Mayya Sandu bu cür qanunsuz tədbirlərin görülməsi barədə göstəriş verib. Başqanın həbsi regionumuzun hər bir sakininin həbsidir. “Fəaliyyət və həmrəylik” partiyasının (Moldovanın avropa yönümlü hakim sağ mərkəzçi liberal partiyası) bu gün qaqauz xalqına gətirdiyi bu çətinliklər, şübhəsiz ki, onların uğursuzluğu ilə yekunlaşacaq”, - muxtariyyətin rəhbərini dəstəkləmək üçün auditoriyaya müraciət edən Qaqauziyanın ictimai xadimi Mixail Vlah yazıb.
Xatırladaq ki, Yevgeniya Qutsul Beynəlxalq Jurnalistlər Konqresinin dəvəti ilə İstanbula uçmaq istəyərkən, Kişineu hava limanında dünən 72 saatlıq müddətə saxlanılıb.
Sahil İsgəndərov
AzVision.az