Zelenski: "Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək"
-1743095452.jpg)
“Biz alternativləri nəzərdən keçirmirik, bu, bizim aydın mövqeyimizdir. Avropa çox böyükdür və onun bu danışıqlar masasında aydın təmsilçiliyi olmalıdır. Bu gün hamımız razılaşdıq ki, Avropanı Fransa və Böyük Britaniya təmsil edəcək. Makron və Starmer. Məncə, bu da vacibdir. Və biz bu siqnalı digər tərəfdaşlara, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarına çatdırmaq istəyirik”, - Zelenski deyib.
Zelenski əlavə edib ki, Parisdəki görüş zamanı hər bir ölkə liderinin məsələyə öz baxış bucağı var idi. Bununla belə, onların hamısını Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti vermək ideyası birləşdirirdi.
AzVision.az
Teqlər: